Prokurorluq Saqarecoda baş vermiş adam öldürmə faktına görə bir nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Saqareco rayonunda baş vermiş qəsdən adam öldürmə faktına görə bir nəfərə qarşı ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Məlumata görə, aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, noyabrın 11-də Saqareco rayonunun Keşəli kəndində borc üstündə mübahisə zəminində təqsirləndirilən şəxs bıçaqla zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən xəstəxanaya çatdırılarkən ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıb. O, Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
İttiham tərəfi qanunla müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə Telavi Rayon Məhkəməsinə müraciət edir.