Harel Ehtiyat Briqadasının qoşunları Qəzza zolağının şimalındakı Əl-Kərəm bölgəsini ələ keçirib.
InterPress.ge xəbər verir ki, məlumatı İsrail Müdafiə Qüvvələri yayıb.
Reydlər zamanı əsgərlər HƏMAS-ın bölgədəki infrastrukturunu, o cümlədən İsraili hədəf alan uzaqmənzilli reaktiv yaylım atəşi sistemlərini, tunelləri və müşahidə məntəqələrini məhv edib.
“Times of Israel”in məlumatına görə, döyüşlər zamanı bir neçə Həmas döyüşçüsü də öldürülüb.
