12 
Nybr
2023
17:22
308

Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmış iki xarici ölkə vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib

Tbilisi Şəhər Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmış iki əcnəbi vətəndaş barəsində həbs qətimkan tədbiri seçilib.

InterPress.ge -nin məlumatına görə, ittiham tərəfinin fikrincə, məhkəmə həbs müddəti üçün əsasın olması ilə bağlı mövqeyini tamamilə bölüşüb.

"Onların gizlənmək, yeni cinayət törətmək və istintaqa mane olmaq təhlükəsi var idi. Faktiki şəraitə gəlincə, bir neçə istiqamətdə, o cümlədən miqrantların Gürcüstana qeyri-qanuni gətirilməsi və onlara müvafiq şəraitin yaradılması, həmçinin, qeyri-qanuni partlayıcı qurğuların və döyüş sursatlarının alınması və saxlanması ilə bağlı araşdırmalar davam etdirilir”, -  prokuror bildirib.

Xatırladırıq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi dünən, noyabrın 11-də 2 əcnəbi vətəndaşı saxlayıb. DTX-nin yazdığı kimi, onlar miqrantın qanunsuz daşınması və onun Gürcüstanda qalması üçün müvafiq şərait yaradılması faktı ilə bağlı aparılan istintaq çərçivəsində saxlayıb.

Bizimlə əlaqə saxlayın