Kaxetidə Cavid Məmmədovun öldürülməsi ilə bağlı DİN bəyanat yayır
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü B.M.-ni qəsdən adam öldürmək ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Saqareco bələdiyyəsində maliyyə mübahisəsi zəminində 1994-cü il təvəllüdlü C.M.-ni soyuq silahla ölümcül yaralayıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə saxlayıblar.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.


