11 
Nybr
2023
15:10
508

İki avtomobil toqquşdu - Xəsarət alanlar var

Batumidə yol-nəqliyyat hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, Cavaxişvili küçəsində iki avtomobil toqquşub.

Regional “Batumelebi” nəşrinin məlumatına görə, qəza nəticəsində 3 nəfər yüngül xəsarət alaraq klinikaya yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma (276-cı) maddəsi ilə araşdırma başlayıb.

Bizimlə əlaqə saxlayın