DTX antiterror əməliyyatı çərçivəsində iki xarici ölkə vətəndaşını saxladı
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən həyata keçirilən antiterror əməliyyatları zamanı miqrantın Gürcüstanın dövlət sərhədinə keçirilməsi və onun Gürcüstanda olması üçün müvafiq şəraitin hazırlanması faktı üzrə iki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb
DTX-nin verdiyi məlumata görə, antiterror mərkəzi Tbilisi şəhərində eyni vaxtda iki yerdə xüsusi əməliyyat keçirib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif növ elektron məlumat daşıyan cihazlar, hərbi texnika, üz maskaları, elektrik şoku, xarici ölkənin saxta şəxsi sənədləri, partlayıcı maddələr, əldəqayırma partlayıcı qurğular və üzərində "İslam Dövləti" simvolu olan bayraq aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən Cinayət Məcəlləsinin 344 və 236-cı maddələri ilə araşdırma aparılır. Terrorla Mübarizə Mərkəzi həm saxlanılan şəxslərin “İslam Dövləti” terror təşkilatının fəaliyyətində iştirakının mahiyyətinin aşkar edilməsi, həm də cinayətdə əli olan digər şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərini fəal şəkildə davam etdirir.


