10 
Nybr
2023
13:25
724

Noyabrın 13-dək ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı

Noyabrın 10-13-də Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Noyabrın 10-da Gürcüstanın bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti davam edəcək. Noyabrın 11-13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Tbilisidə hava yağmursuz keçəcək. Noyabrın 10-da şimal-qərb istiqamətindən güclü külək əsəcək. Noyabrın 11-də havanın temperaturu gündüz 14, 16 dərəcə isti olacaq, noyabrın 12-13-də isə 20, 22 dərəcəyədək yüksələcəyi gözlənilir.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): hava yağmursuz keçəcək. Noyabrın 10-da bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Noyabrın 11-də havanın temperaturu gündüz +12, +14, noyabrın 12-13-də isə +20, +22 dərəcəyədək yüksələcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): hava yağmursuz keçəcək. Noyabrın 10-da bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Noyabrın 11-də havanın temperaturu gündüz +13, +15 dərəcə isti, noyabrın 12-13-də isə +21, +23 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava yağmursuz keçəcək. Noyabrın 10-da bəzi yerlərdə güclü külək əsəcək. Noyabrın 11-də havanın temperaturu gündüz 7, 9 dərəcə isti olacaq, noyabrın 12-13-də temperatur 13, 15 dərəcəyədək yüksələcək, gecə isə mənfi temperatur gözlənilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər