09 
Nybr
2023
20:09
289

İşğal olunmuş Sxinvalinin KQB- si: “Levan Dotiaşvili bu gün axşam saatlarında Gürcüstan tərəfinə təhvil veriləcək”

"Noyabrın 9-u axşam Gürcüstan vətəndaşı Levan Dotiaşviliyi təhvil verəcəyik".

InterPress.ge xəbər verir ki,  bu barədə işğal altındakı Sxinvali vilayətinin “KQB”si məlumat yayıb.

“Hadisənin təhqiqatının operativ və tam şəkildə aparıldığını, həmçinin humanitar mülahizələrə əsaslandığını nəzərə alaraq, L. Dotiaşvilinin Gürcüstana deportasiyası haqqında qərar verilmişdir.
Belə ki, bu gün axşam saatlarında, noyabrın 9-da L. Dotiaşvili gürcü tərəfinə təhvil veriləcək”, - işğal altındakı Sxinvali “KQB”nin bəyanatında deyilir.

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı Levan Dotiaşvili noyabrın 6-da işğalçı qüvvələr tərəfindən qaçırılıb. Onunla birlikdə olan digər Gürcüstan vətəndaşı Tamaz Ginturi isə atıcı silahdan açılan atəşlə öldürülüb. Mövcud məlumata görə, Tamaz Qinturi və Levan Dotiaşvili Lomis kilsəsinə şam yandırmaq üçün gedərkən rus işğalçı qüvvələrinin nümayəndələri atəş açıblar. Nəticədə Tamaz Ginturi öldürülüb, Levan Dotiaşvili isə qaçırılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər