09 
Nybr
2023
15:02
1586

Türkiyədən gətirilən 30 min kiloqramdan çox naringi geri qaytarılıb

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp” gömrük-keçid məntəqəsində Türkiyədən gələn naringi ilə yüklənmiş 2 nəqliyyat vasitəsi saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Onların məlumatına görə, Sanitariya, Fitosanitar və Baytarlıq Nəzarəti İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən qida təhlükəsizliyinin sərhəd nəzarəti prosedurlarının həyata keçirilməsi nəticəsində 34,8 min kiloqram naringinin tərkibində pestisidlərin miqdarı Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş normadan artıq olub. 

Gürcüstan hökumətinin 13 aprel 2023-cü il tarixli 153 nömrəli qərarına əsasən, qeyd olunan mallar ixracatçı ölkəyə qaytarılmalı olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər