2024-cü ildən etibarən abortdan əvvəl psixoloq və sosial işçi ilə danışmaq məcburi olacaq
2024-cü il yanvarın 1-dən abortdan əvvəl 5 günlük fikirləşmək müddəti ilə yanaşı, psixoloq və sosial işçi ilə məsləhətləşmələr məcburi olacaq.
InterPress.ge xəbər verir ki, “Hamiləliyin süni şəkildə dayandırılması qaydalarının təsdiq edilməsi haqqında” əmrdə edilən dəyişikliyə əsasən, abortdan əvvəl konsultasiya/məsləhətləşmə mama-ginekoloq, sosial işçi və psixoloq tərəfindən məxfi şəraitdə, həkim nəzarəti altında aparılacaq və bu məqsəd üçün xüsusi olaraq ayrılmış məsləhət otağı olacaq.
Bundan əlavə, məlum olduğu kimi, 5 günlük düşünmə müddəti pozulduqda həkimin peşə məsuliyyəti məsələsi də ortaya çıxır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qeyd olunan proses yanvarın 1-dən Səhiyyə Nazirliyi və Tənzimləyici Qurum tərəfindən nəzarətdə saxlanılacaq.
Abortun şərtlərinə gəlincə, sərəncamda qeyd olunur ki, tibbi abort I dərəcəli antenatal müəssisədə, mama- ginekoloji fəaliyyətlə məşğul olmaq hüququ olan tibb müəssisəsində, zərurət olduqda, sertifikatlı mama-ginekoloq tərəfindən aparılmalıdır.
7 həftədən çox davam edən hamiləliyin süni şəkildə dayandırılmasına gəlincə, bu, mamalıq-ginekoloji fəaliyyətlə məşğul olmaq hüququna malik olan stasionar tipli tibb müəssisəsində sertifikatlı mama-ginekoloq tərəfindən cərrahi yolla həyata keçirilə bilər.


