09 
Nybr
2023
12:52
2240

Nokia smartfonlarının istehsalı 2026-cı ildən dayandırılacaq

HMD Global şirkəti öz brendi altında smartfon istehsal etmək planlarını açıqlayıb.

InterPress.ge xəbər verir ki, şirkət 2024-cü ilin aprelindən öz brendi altında mobil cihazların buraxılmasına başlayacaq.

Telefonlar Hindistan kimi inkişaf etməkdə olan ölkələr üçün hazırlanacaq. HMD Global smartfonları Amazon və Flipkart onlayn platformalarında satılacaq.

 "Nokia" smartfonlarının istehsalı və satışı paralel rejimdə davam edəcək. 2024-2026-cı illər arasında hər iki marka eyni vaxtda fərqli cihazları təqdim edəcək, lakin 2026-cı ildən sonra Nokia həmişəlik yox olacaq.

HMD Global şirkəti təkcə smartfonlar deyil, planşetlər, ağıllı ev qacetləri və düyməli telefonlar da istehsal etməyi planlaşdırır.

HMD Global brendi altında satışa çıxarılacaq smartfonlar, Nokia smartfonlarından fərqli olaraq, tez-tez yeniləmələr və təmiz Android tələb edəcək. Həmçinin yeni brendin cihazları Nokia-nın hazırkı büdcə telefonlarından daha ucuz olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər