08 
Nybr
2023
12:46
442

Prokurorluq vətəndaşların külli miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə bir nəfərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu vətəndaşların külli miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə bir nəfərə qarşı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, məlumatı prokurorluq yayıb.

Onların verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs turizm agentliyindən istifadə edərək xaricə getmək istəyən onlarla vətəndaşa müəyyən məbləğdə pul müqabilində turlar təşkil edəcəyini vəd edib. Əvvəlcədən hazırlanmış cinayət planına uyğun olaraq, təqsirləndirilən şəxs dələduzluq yolu ilə 28 vətəndaşa məxsus pulu - 61 200 larini ələ keçirib.

Cəzanın növü və ölçüsü 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

Daxili İşlər Nazirliyi digər cinayət epizodlarının müəyyən edilməsi istiqamətində araşdırmaları davam etdirir, bundan sonra zərərçəkənlərin sayı arta bilər.

Gürcüstan Prokurorluğu vətəndaşları onlara qarşı oxşar hərəkətlərə yol verdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər