07 
Nybr
2023
19:30
307

İsrail səfiri: “İsrail Rusiya qüvvələri tərəfindən Gürcüstan vətəndaşının öldürülməsini pisləyir və saxlanılan vətəndaşı azad etməyə çağırır”

İsrail Gürcüstan vətəndaşı Tamaz Qinturinin Rusiya qüvvələri tərəfindən Kirbali kəndi yaxınlığında öldürülməsini pisləyir və saxlanılmış vətəndaş Levan Dotiaşvilini azad etməyə çağırır"

InterPress.ge xəbər verir ki,bunu İsrailin Gürcüstandakı səfiri Hadas Meitsadın sosial şəbəkədə dərc olunan bəyanatında deyilir.

“Biz ailələrə, dostlara və bütün Gürcüstana başsağlığı veririk.
İsrail Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyini bir daha təsdiqləyir”, - səfir bəyanatında yazır.

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı noyabrın 6-da rus işğalçı qüvvələri tərəfindən güllələnib. Mövcud məlumata görə,Gürcüstan vətəndaşları olan Tamaz Qinturi və Levan Dotiaşvili Lomis kilsəsinə şam yandırmaq üçün gedərkən rus işğalçı qüvvələrinin nümayəndələri atəş açıblar. Bunun nəticəsində Tamaz Ginturi öldürülüb, Levan Dotiaşvili isə qaçırılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər