07 
Nybr
2023
10:55
439

Dövlətə məxsus külli miqdarda pulu dələduzluq yolu ilə mənimsəyən şəxslər saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta vergi sənədləri hazırlayıb istifadə etməklə dövlətə məxsus külli miqdarda pulu dələduzluq yolu ilə mənimsəmək, dövlət büdcəsinin əmlakına ziyan vurma və saxta sahibkarlıq faktları üzrə 3 nəfər barəsində cinayət təqibinə başlanılıb.

InterPress.ge xəbər verir ki, məlumatı İstintaq Xidməti yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qabaqcadan razılıq əldə edərək qanunsuz maddi gəlir əldə etmək məqsədilə idarə etdikləri şirkətlər adından guya tikinti və təmir işlərinin aparılmasına dair 2 milyon 345 min 524 lari məbləğində saxta ƏDV hesab-fakturaları tərtib ediblər, bu yolla 357 791 lari məbləğində saxta ƏDV aktivi yaradıblar ki, bunun 164 375 lari cari vergi öhdəliklərinin azaldılmasına yönəldilib, yerdə qalan 193 416 lari isə dövlət büdcəsinə qaytarılıb.

Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 210, 180, 185 və 193-cü maddələri ilə aparılır ki, bu da 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

 

Bizimlə əlaqə saxlayın