DİN Rusiya işğalçı qüvvələri tərəfindən Gürcüstan vətəndaşının qətlə yetirilməsi və bir nəfərin oğurlanması faktı ilə bağlı araşdırmalara başlayıb
Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin Kirbali kəndi yaxınlığında açdığı atəş nəticəsində Gürcüstan vətəndaşının qətlə yetirilməsi və bir nəfərin oğurlanması faktı ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
InterPress.ge xəbər verir ki, qurumdan verilən məlumata görə, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları Gürcüstan vətəndaşının qətlə yetirilməsi və bir nəfərin oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 109 və 143-cü maddələri ilə istintaqa başlayıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir", - məlumatda deyilir.


