Rusiya işğalçı qüvvələrinin açdığı atəş nəticəsində Gürcüstan vətəndaşı həlak olub.
InterPress.ge xəbər verir ki, məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayıb.
Agentliyin məlumatına görə, Rusiya işğalçı qüvvələri daha bir Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb.
“2023-cü il noyabrın 6-da Qori bələdiyyəsinin Kirbali kəndi yaxınlığındakı işğal olunmuş ərazidə yerli sakini qanunsuz olaraq saxlamağa cəhd zamanı Rusiya işğalçı qüvvələrinin açdığı atəş nəticəsində Gürcüstan vətəndaşı həlak olub, bir vətəndaş isə qanunsuz olaraq saxlanılıb.
Gürcüstanın Mərkəzi Hökumətində mövcud olan bütün vasitələrdən istifadə etməklə aktiv kommunikasiya aparılır” - DTX-nin yaydığı məlumatda bildirilib.
