06 
Nybr
2023
18:41
547

Laqodexidə kişini qadın paltarı geyinərək küçədə gəzməyə məcbur ediblər

Laqodexidə kişiyə qadın paltarı geyinməyə məcbur edərək onu kəndin küçələrində sürükləyiblər.

InterPress.ge xəbər verir ki, prokurorluğun məlumatına görə,  bununla bağlı artıq 3 nəfər saxlanılıb.

İstintaq orqanı Laqodexi bələdiyyəsində baş verən alçaldıcı rəftara görə saxlanılan üç nəfərə qarşı ittiham irəli sürüb.

Nazirliyin məlumatına görə, Daxili İşlər Nazirliyində aparılan istintaqla müəyyən edilib ki, oktyabrın 30-da Laqodexi bələdiyyəsində təqsirləndirilən şəxslər, onların fikrincə, zərərçəkmiş şəxsin rüsvayçı hərəkətə yol verdiyini əsas gətirərək, zərərçəkmişdən qadın paltarı geyinməyi tələb ediblər və əks halda onu öldürməklə hədələyiblər.

Prokurorluğun məlumatına görə, psixi zorakılıq nəticəsində zərərçəkmiş onların tələbini yerinə yetirib, bundan sonra təqsirləndirilən şəxslər onu kəndin küçələri ilə apararaq şərəf və ləyaqətini alçaldan vəziyyətə salıblar.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri noyabrın 1-də saxlayıblar.
 

Prokurorluqdan verilən məlumata görə, cinayəti törətmiş digər şəxslərin ifşası istiqamətində cinayət işinin istintaqı davam etdirilir.

Onlar Cinayət Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinin E bəndi ilə ( Alçaldıcı rəftar, yəni şəxsin alçaldılması və zorlanması, onu şərəf və ləyaqətini alçaldan vəziyyətə salmaqla, ona ağır ruhi ağrı və mənəvi iztirablar törədən, qrup halında törədildikdə)ittiham edilib. Bu isə  5 ildən 10 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur"- deyə nazirliyin məlumatında biıdirilir.

Bizimlə əlaqə saxlayın