06 
Nybr
2023
17:39
361

Prokurorluq 13 yaşlı qızı evlənmək məqsədilə qaçıran şəxsi ittiham edib

13 yaşlı qızı evlənmək məqsədilə qaçıraraq evinə gətirən 22 yaşlı şəxsə qarşı ittiham irəli sürülüb.

InterPress.ge nin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi noyabrın 5-də saxlayıblar.

“Daxili İşlər Nazirliyində aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs noyabrın 4-də 13 yaşlı qızı evlənmək məqsədilə evinə gətirib və onunla cinsi əlaqədə olub.

O, Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsinin birinci hissəsi (böyük şəxsin on altı yaşına çatmamış şəxslə vaxtından əvvəl cinsi əlaqədə olması) ilə ittiham olunub.

“Prokurorluq təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın