06 
Nybr
2023
13:42
946

Sinoptiklər qarşıdakı günlərin hava proqnozunu açıqladı

Noyabrın 6-sı günün ikinci yarısından 7-si səhərədək Qərbi Gürcüstanda və Şərqi Gürcüstanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi qarşıdakı günlərin hava proqnozunu açıqlayıb.

Onların verdiyi məlumata görə, bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Noyabrın 9-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Tbilisidə hava əsasən yağmursuz keçəcək. Noyabrın 7-də arabir şimal-qərb istiqamətindən güclü külək əsəcək. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): noyabrın 7-si səhərədək bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Noyabrın 9-dək havanın nisbətən isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) noyabrın 7-si səhərədək bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü qərb küləyi əsəcək. Noyabrın 9-dək havanın nisbətən isti, əsasən yağmursuz keçəcəyi gözlənilir, havanın temperaturu gün ərzində +20, +22 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq ərazilərində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): noyabrın 7-si səhərədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Noyabrın 9-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır, gündüz havanın temperaturu +11, +13 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın