Aİ Ukraynaya 50 milyard avro ayırmağı planlaşdırır
Avropa İttifaqı ilin sonuna qədər Ukraynaya 50 milyard avro ayırmağı planlaşdırır.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
Leyenin sözlərinə görə, o, Ukraynanın maliyyə sabitliyi üçün senatorlar və ABŞ Nümayəndələr Palatasının üzvləri ilə danışıqlar aparıb.
"Avropa Şurasına Ukrayna üçün 50 milyard avro ayırmağı təklif etdim. Biz ilin sonuna qədər bu barədə razılığa gəlmək üçün çalışırıq. Onlara nə etdiyimizi və nə üçün Ukraynanın maliyyə sabitliyinin olmasının vacib olduğunu düşündüyümüzü izah etdik", - Ursula fon der Leyen deyib.
Xatırladırıq ki, dünən, noyabrın 3-də Avropa Komissiyasının sədri Kiyevə gedib və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.


