04 
Nybr
2023
19:53
328

Yunanıstanın İqoumenitsa limanında iki gürcü dənizçi ölüb

Dəniz Nəqliyyatı Agentliyi iki gürcü dənizçinin xaricdə öldüyünü təsdiqləyib. 

InterPress.ge xəbər verir ki, agentlikdən verilən məlumata görə, bir dənizçi təmir işlərini yerinə yetirərkən, digər matros isə qəza nəticəsində həlak olub.

“Dəniz Nəqliyyatı Agentliyinə daxil olan məlumata görə, 2 noyabr 2023-cü il tarixində gəmidə təmir işləri aparılan Yunanıstanın İqoumenitsa limanında gürcü dənizçi xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Dənizçi İoannina G. Hatzikosta Ümumi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Oktyabrın 26-da həmin gəmidə, ilkin məlumata görə, noyabrın 2-də Gürcüstana gətirilən gürcü dənizçi də qəza nəticəsində həlak olub.

Qeyd olunan hallarla bağlı agentlik Xarici İşlər Nazirliyi və Gürcüstanın Afinadakı konsulu Gela Caparidze ilə birgə işləyir. Bundan əlavə, Dəniz Nəqliyyatı Agentliyinin nümayəndələri vəziyyətlə yerindəcə tanış olmaq və birbaşa müşahidə etmək üçün Yunanıstana gediblər”, - Dəniz Nəqliyyatı Agentliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın