Volodimer Zelenski: ”Ukrayna Aİ yolunda güzəşt tələb etmir“
Ukrayna Avropa İttifaqına gedən yolda güzəşt tələb etmir.
InterPress.ge xəbər verir ki, Zelenski bunu Kiyevdə Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, üzvlük danışıqlarına başlamaq üçün zəruri olan tövsiyələr yerinə yetirilib.
“Bu, qanunun aliliyinə, etnik qrupların hüquq və azadlıqlarının qorunmasına, dövlət institutlarının işində daha çox şəffaflığa və antikorrupsiya infrastrukturunun gücləndirilməsinə aiddir”, - deyə Zelenski bildirib.
Ukrayna prezidenti qeyd edib ki, Avropa və digər tərəfdaşların dəstəyinin, o cümlədən müdafiə və maliyyə dəstəyinin “güclü və etibarlı qalması” çox vacibdir, çünki “Rusiya görməlidir ki, dünya azadlığı və beynəlxalq hüququ müdafiə edərkən geri çəkilmir. "


