Yunanıstanda oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb
Yunanıstan polisi tərəfindən 2 Gürcüstan vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, 32 və 33 yaşlı iki şəxs oğurluq ittihamı ilə saxlanılıb. Onların yaşayış yerlərində müxtəlif növ qıfılların açılması üçün çoxlu sayda alət və qurğular aşkar edilib.
İstintaqın məlumatına görə, gürcülər ölkənin bir neçə şəhərində oğurluq edib, onlara 15 cinayət işi açılıb. İstintaq işin 8 nəfərdən ibarət mütəşəkkil cinayətkar qruplaşmaya aid olduğunu ehtimal edir.
Mətbuatda yayılan məlumatlara görə, saxlanılan şəxslər 53 min avrodan çox əşya oğurlayıb və onların bir qismini lombarda təhvil veriblər. Mənzilə baxış nəticəsində qızıl və bahalı zinət əşyaları, alətlər, narkotik vasitələr, müxtəlif elektron cihazlar, markalı eynəklər, katana tipli qılınc və 3 ədəd qatlanan bıçaq, həmçinin mobil telefonlar və SİM kartlar götürülüb.
İstintaqın məlumatına görə, İspaniya və Almaniyada onlara qarşı məhkəmə prosesləri davam etsə də, Yunanıstanda saxlanılan şəxslər mühakimə olunmayıb.


