03 
Nybr
2023
16:35
766

Noyabrın 6-dək ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı

Gürcüstanda isti və yağışlı hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Agentlikdən verilən məlumata görə, noyabrın 4-ü səhərədək bəzi yerlərdə istilər fonunda yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Noyabrın 6-dək isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.

Gecə Tbilisidə az yağış yağa bilər. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): istilər fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): istilər fonunda bəzi yerlərdə yağış yağa bilər. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): istilər fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər