Bəyan edilməmiş qızıl-zinət əşyalarının ölkəyə gətirilməsinin qarşısı alınıb
Ötən ayın məlumatına görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp”, “Sadaxlı-Avtomobil ”, “Kutaisi Hava Limanı” və “Qırmızı Körpü” gömrük-keçid məntəqələrində aparılan yoxlamalar nəticəsində külli miqdarda (ümumi çəkisi 488,58 qram) bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar edilib.
InterPress.ge xəbər verir ki, müvafiq məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.
Məlumata görə, bəyan edilməmiş malların ümumi gömrük dəyəri 30 279,73 lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlara sanksiya qismində 30 279,73 lari məbləğində cərimə tətbiq edilib və bir qanun pozucusu, xarici ölkə vətəndaşının iş materialları Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.


