Qarşıdakı günlərin hava proqnozu açıqlandı
Noyabrın 1-də Gürcüstanda isti və yağmursuz hava şəraitinin davam edəcəyi, noyabrın 2-3-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi qarşıdakı günlərin hava proqnozunu açıqlayıb.
Onların məlumatına görə, noyabrın 1-2-də Tbilisidə hava yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +24, +26 dərəcə isti təşkil edəcək. Noyabrın 3-də günün sonunda bir qədər yağış yağacağı gözlənilir, havanın temperaturu gün ərzində +22+24 dərəcə isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): noyabrın 1-2-də hava yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +24, +26 dərəcə isti təşkil edəcək. Noyabrın 3-də günün sonunda bir qədər yağış yağacağı, havanın temperaturunun gün ərzində +22+24 dərəcə isti olacağı gözlənilir.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): noyabrın 1-2-də hava yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +23, +25 dərəcə isti təşkil edəcək. Noyabrın 3-də günün sonunda bir qədər yağış yağacağı gözlənilir, havanın temperaturu gün ərzində +22+24 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): noyabrın 1-2-də hava yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +17, +19 dərəcə isti təşkil edəcək. Noyabrın 3-də az yağış yağacağı gözlənilir, gündüz havanın temperaturu Qudauri və Omaloda +9+11, Tsalka, Bakuriani və Axalkalakidə isə +14+16 dərəcə olacaq.


