Rustavidə yeni cəzaçəkmə müəssisəsi tikiləcək
Ədliyyə naziri Rati Breqadzenin bəyanatına görə, Rustavidə yeni, kiçik cəzaçəkmə müəssisəsi tikiləcək.
InterPress.ge xəbər verir ki, o, bu barədə konfransda çıxışı zamanı qeyd edib.
Həmçinin, nazir “Məhkumların və şərti məhkumların reabilitasiyası və yenidən sosiallaşması prosesində yeniliklər” adlı konfransda bəyan edib ki, 700 məhkum üçün daha bir cəzaçəkmə müəssisəsi bir neçə gün ərzində istifadəyə veriləcək.
"Bir neçə gündən sonra 700 məhbus üçün nəzərdə tutulmuş yeni cəzaçəkmə müəssisəsini istifadəyə verəcəyik. Bu obyekt bütün müasir, yüksək səviyyəli standartlara cavab verir. Həmçinin hökumətin fəal dəstəyi nəticəsində Rustavidə yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başladıq. Bu müasir dünyada penitensiar müəssisələrin sonuncu pillələrindən biri sayılan kiçik tipli müəssisə olacaq, çünki daha səmərəlidir və idarə olunması daha asandır. Həmçinin burada məhbusların hüquqları daha yüksək səviyyədə qorunacaq. 2024-cü ildə Gürcüstanda belə unikal penitensiar müəssisəmiz olacaq”, - Breqadze bildirib.


