01 
Nybr
2023
11:36
411

Sankt-Peterburqdan Tbilisi və Kutaisiyə uçuşlara başlanılır

Rusiyanın Red Wings Airlines aviaşirkəti Sankt-Peterburqdan Tbilisi və Kutaisiyə uçuşlara başlayır. Pulkovo hava limanından uçuşlar noyabrın 18-dən başlayacaq.

InterPress.ge xəbər verir ki, məlumatı aviaşirkətin mətbuat xidməti yayıb.

“İlk dəfə Sankt-Peterburqdan Kutaisiyə birbaşa aviareys açılır. Həmçinin, Pulkovo hava limanından Tbilisiyə 2019-cu ildən sonra ilk uçuş olacaq”, - deyə mətbuat xidmətindən bildirilib.

Noyabrın 18-dən Tbilisiyə reys həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək. Sankt-Peterburqun Pulkovo hava limanından uçuş Moskva vaxtı ilə saat 06:00-a, Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanına eniş isə saat 11:05-ə planlaşdırılıb.

Kutaisiyə uçuşlar dekabrın 2-dən, həmçinin həftədə bir dəfə şənbə günləri başlayacaq. Sankt-Peterburqdan yola düşmə Moskva vaxtı ilə saat 17:00-a, Kutaisiyə eniş isə saat 22:25-ə planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın