Pendirdən götürülən nümunələrdə bitki mənşəli yağlar aşkar edilib
Bu ilin oktyabr ayında Milli Qida Agentliyinin müfəttişləri tərəfindən dövlət nəzarəti çərçivəsində süd və süd məhsullarında süd yağının saflığının müəyyən edilməsi məqsədilə 20 nümunə götürülüb və akkreditə olunmuş laboratoriyada yoxlanılıb.
InterPress.ge xəbər verir ki, yoxlanış nəticəsində 4 nümunədə süd yağından əlavə bitki mənşəli yağlar aşkar edilib.
Məlumata görə, bitki mənşəli yağlar Bolnisi rayonunun Ratevani kəndində iki obyektdə (LTD. "BA. Qi" və LTD. "Sueli") Tsalkada, Sağdrioni kəndində bir obyektdə və Ninitsminda bələdiyyəsinin İrlovka kəndində bir obyektdə aşkar edilib.
Aşkar edilmiş qanun pozuntusu ilə bağlı sahibkarlıq subyektlərinə məlumat verilib və sözügedən qida məhsullarının bazara çıxarılmamasına dair Milli Qida Agentliyi tərəfindən xəbərdarlıq edilib.


