Qaraçöp icmasının Qazlar kəndindəki problemləri müzakirə etmək üçün iclas keçirilib
30 oktyabr tarixində Qaraçöp icmasının Qazlar kəndində iclas keçirilib.
InterPress.ge xəbər verir ki, iclasın məqsədi Qazlar kəndində olan problemləri işıqlandırıb müzakirə etmək və mövcud problemləri bələdiyyənin gündəminə gətirmək olub.
İclasa toplaşmış Qazlar kəndinin sakinləri kəntdə olan bir çox problemlərdən söz açıblar.
Sakinlər bildirib ki, kəntdə demək olar ki, heç bir şey yoxdur: infrastruktur binaları, uşaq bağçası, məktəb , su, yol və.s sakinlər təməl iki prioritet olaraq su və yol problemini səsləndiriblər. Onlar qeyd edib ki, ilk növbədə yol və su problemi aradan qaldırılmalıdır.
Həmçinin iclasda əhalinin imzası toplanılıb və bu imzaların yaxın zamanda Bələdiyyəyə təhvil veriləcəyi, bununla belə yol probleminin aradan qaldırılması üçün Saqareco bələdiyyəsinin meriyasına büdcə təşəbbüsü daxil ediləcəyi bildirilib.
Görüşdə, "Salam” platformasının nümayəndələri və Sosial Ədalət Mərkəzinin nümayəndələri , həmçinin bələdiyyə üzvlərindən bir nəfər Müxalifət partiya nümayəndəsi iştirak edib.
Saqareco meriyasi və Bələdiyyə nümayəndələri rəsmi olaraq yığıncağa dəvət olunmalarına baxmayaraq, görüşdə iştirak etməyiblər.
.jpeg)


