31 
Okt
2023
17:55
395

Tbilisidə lombard qarət edilib

Tbilisinin Çavçavadze küçəsində lombard qarət edilib.
 

InterPress.ge xəbər verir ki, hadisə dünən, oktyabrın 30-da axşam saatlarında baş verib.

Məlumata görə, “Tonvex” lombardından xüsusilə külli miqdarda pul götürülüb. Söhbət təxminən 800 min ABŞ dollarından gedir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı 2 nəfər saxlanılıb. Cinayət Məcəlləsinin 179-cu (quldurluq) maddəsi ilə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın