Rusiya işğalçı qüvvələrinin nümayəndələri qanunsuz olaraq Gürcüstan vətəndaşını saxlayıblar
İşğal altında olan Sinaquri kəndi yaxınlığında Rusiya işğalçı qüvvələrinin nümayəndələri qanunsuz olaraq Gürcüstan vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
“Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan Sinaquri kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.
Sözügedən hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb. Daha bir qanunsuz saxlanılma faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.
Qeyri-qanuni saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür", - DTX-nin bəyanatında deyilir.


