30 
Okt
2023
16:15
579

2024-cü ildən stomatoloji fəaliyyət qaydaları sərtləşdiriləcək

Bu gün hökumətin iclasında Nazirlər Kabinetinin üzvləri stomatoloji xidmət göstərənlər üçün yeni standartların müəyyən ediləcəyi layihəni də müzakirə ediblər.

InterPress.ge xəbər verir ki, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə fəaliyyətə başlamaq və fəaliyyət göstərmək qaydaları sərtləşdirilir.

Dəyişikliklərin məqsədi pasiyentin təhlükəsizliyini qorumaq və müasir standartlara uyğun xidmət göstərməkdir.

Dəyişikliyə əsasən, stomatoloji müəssisələr üçün infeksiyaların qarşısının alınması, mübarizə, sterilizasiya-dezinfeksiya və tibbi tullantıların idarə edilməsi üzrə zəruri meyarlar yenilənib, dəqiqləşdirilib və daha ətraflı yazılıb. Prosesi daha yaxşı idarə etmək üçün müəssisədə infeksiyaya nəzarət üçün məsul şəxsin təyin edilməsi məcburi olub.

Stomatoloji müəssisə altı ayda bir dəfə işçilərin hepatit B-yə qarşı profilaktik immunizasiyasını və hepatit C-yə qarşı skrininqini təmin etməyə borcludur.

Dəyişikliklərlə müəyyən edilən tələblər 2024-cü ilin yanvarından mövcud stomatoloji kabinetlər və klinikalar üçün məcburi olacaq. Yeni müəssisələr isə yalnız bu standartlara cavab verdikdə fəaliyyətə başlaya biləcəklər.

Bizimlə əlaqə saxlayın