2023-cü ildə Əmək Müfəttişliyi Xidməti tərəfindən tikinti sektorunda 1176 yoxlama aparılıb.
InterPress.ge xəbər verir ki, onlardan 218 tikinti obyekti üzrə iş prosesi dayandırılıb, 295 obyekt üzrə isə xəbərdarlıq edilib.
Tikinti sektoru yüksək riskli sahədir, ona görə də qurum iş yerlərində bədbəxt hadisələrin qarşısını almaq üçün daim obyektləri yoxlayır.
Hər bir qanun pozuntusuna görə Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq sanksiya verilib.
