Dedopliscğaro bələdiyyəsində baş verən bədbəxt hadisə nəticəsində 3 yaşlı uşaq ölüb.
InterPress.ge xəbər verir ki, hadisə Arxiloskalo kəndində, "Pələng və Moqmi" memorialı yaxınlığında baş verib.
Məlumata görə, abidənin bir hissəsi qəfil çökərək orada olan azyaşlının üzərinə düşüb.
Uşaq xəstəxanaya çatmamış dünyasını dəyişib.
