Marneulidə Fələstin xalqına dəstək aksiyası keçiriləcək
Oktyabrın 31-i saat 12: 00 da Ata Holdinq mərkəzinin həyətində Fələstin xalqına dəstək aksiyası keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli İmam Əli (ə) məscidinin imam cüməsi Hacı Hacıyev bildirib.
O, hərkəsi sözügedən aksiyada iştirak etməyə cağırıb.
“ Əziz müsəlman bacı və qardaşlar. Hamınızın bildiyiniz kimi, oktyabr ayının 7-dən başlayaraq işğalçı, sionist rejimi durmadan öz torpaqlarında məzlum Fələstin xalqına zülm edir. Artıq bu zülmün həddi öz pik nöqtəsinə çatıb. Oktyabrın 7-dən bu günə qədər orada ölən insanların içində sadəcə uşaqların sayı 3 mini keçib. Bu münasibətlə biz də istədik ki, öz növbəmizdə Gürcüstanda yaşayan müsəlmanlar olaraq məzlum Fələstin xalqına öz dəstəyimizi göstərək. Bu məqsədlə oktyabrın 31-i saat 12: 00 -da Ata Holdinq mərkəzinin həyətində Fələstin xalqına dəstək aksiyası keçirəcəyik. Hərkəsi bu aksiyada iştirak etməyə çağırırıq.”- deyə Hacı Hacıyev bildirib.


