Həyat yoldaşını və əlil şəxsi dilənməyə məcbur edən şəxs saxlanıldı
DİN əməkdaşları insan alveri ittihamı ilə 1975-ci il təvəllüdlü V.A.-nı saxlayıblar.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.
Cinayət 12 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs insan alveri sxemi hazırlayıb və həmin sxemi tamamlamaq və əmək istismarını həyata keçirmək məqsədilə həyat yoldaşına psixoloji təzyiq göstərib və Batumidə dilənməyə məcbur edib.
Həmçinin, istintaq müəyyən edib ki, saxlanılan şəxs əlavə gəlir əldə etmək məqsədi ilə əlil şəxsi aldadaraq Tbilisidən Kutaisiyə aparıb, onu müxtəlif küçə və magistral yollarda dilənməyə məcbur edib.
O, cinayət yolu ilə əldə etdiyi pullara tam sahib olub.
Zərərçəkənlər müttəhimin tələblərini yerinə yetirməkdən imtina etdikdə isə fiziki zorakılığa məruz qalıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin ikinci və üçüncü hissələri ilə aparılır.


