27 
Okt
2023
20:57
799

Baş nazir: “ 2024 -cü ildə orta hesabla müəllimlərin maaşı 500 lari və daha çox artacaq”

"Müəllimlər, əziz müəllumlərimiz, biz çox yaxşı bilirik ki, əzəldən bu, görkəmli, şərəfli və əvvəllər də qeyd etdiyim kimi, çox məsuliyyətli peşədir-hamımız razıyıq ki, layiqli, savadlı nəsl ölkəmizin qüdrətinin əsas bünövrəsi, göstəricisidir" 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili milli müəllim mükafatının təqdim edilməsi mərasimində deyib.

Hökumət başçısının sözlərinə görə, bu bünövrənin möhkəm olmasında əlbəttə ki, müəllimlərin də böyük rolu var.

“Mən yaxşı bilirəm ki, siz müəllimlər hər gün övladlarımızın, gələcək nəsillərimizin təhsili, onların tərbiyəsi ilə bağlı qayğı ilə nə qədər zəhmət çəkirsiniz ki, bu da əlbəttə ki, dövlətimizin inkişafı və tərəqqisi üçün möhkəm zəmin yaradır. 
Əminəm ki, bizim hamımızın sevimli müəllimlərimiz, müəllimlərimiz var, yəni bizim şüurumuza, dünyagörüşümüzə, təfəkkürümüzə böyük təsir göstərən və ən əsası mühüm iz qoyan, bizə ümumi düşünməyi öyrədən, hər şeyi öyrədən insanlar var.
Ona görə də biz hökumət sizin gördüyünüz bu böyük şücaəti yaxşı bilirik. Hesab edirəm ki, biz hökumət sizin peşənizin nüfuzunu yüksəltmək üçün daha çox iş görməliyik. Bu məqsədlə nazirimiz və bütün hökumətimiz çalışır. İndi biz daha da intensiv işləməyə başladıq. Biz müəllimlər üçün şəraitin yaxşılaşdırılmasına diqqəti davam etdirəcəyik və nəzərinizə çatdırmaq istəyirəm ki, qərarımıza əsasən, 2024-cü ildə Təhsil Nazirliyinə yarım milyard lari ayrılacaq ki, bunun da 160 milyon lari artıma yönəldiləcək, hansı ki, burada müəllimlərin maaşı tam yükləmə şəraitində orta hesabla 500 lari və ya daha çox artacaq. Cənab nazir bu istiqamətdə fəal işləyir və tezliklə sizə konkret baxış təqdim edəcək”, - deyə İrakli Qaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər