27 
Okt
2023
13:44
690

Qarşıdakı günlərin hava proqnozu açıqlandı

Oktyabrın 27-29-da Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. (Yalnız bəzi ərazilərdə az yağıntı müşahidə oluna bilər).

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi bildirib.

Paytaxtda - Tbilisidə isti və yağmursuz hava şəraiti davam edəcək, havanın temperaturu gün ərzində +25, +27 dərəcə isti təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): isti və əsasən yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər