27 
Okt
2023
13:34
1311

Polşada Gürcüstan vətəndaşları ilə polyaklar arasında dava düşüb - Saxlanılanlar var

Polşanın Çrzanov şəhərində şənbə günü boulinq klubunda davaya görə 8 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Polşa mətbuatının yazdığına görə, həmin şəxslərdən biri adam öldürməyə cəhddə ittiham olunur, o, gürcüdür.

Mətbuat gürcünün 26 yaşında olduğunu və avtomobilini klubun qarşısına toplaşan bir qrup insanın üzərinə sürdüyünü bildirib. Polis onun avtomobili sərxoş vəziyyətdə qəsdən camaatın üstünə sürdüyünü yazıb.

Gürcünü 8 ildən 15 ilə qədər həbs gözləyir. Qəza nəticəsində 4 nəfərin xəsarət aldığı məlum olub. 

Döyüşdə bir neçə gürcü və polyak iştirak edib. 

Hazırda üç polyak və beş gürcüyə qarşı ittiham irəli sürülüb.

"Həmin gecə işçilər sürücüdən başqa, eyni iş üzrə daha 3 gürcünü saxlayıblar.

Söhbət Cinayət Məcəlləsinin 159-cu maddəsində nəzərdə tutulmuş əməllərdən, yəni dava zamanı təhlükəli silahdan istifadə etmədən gedir. Cinayət 6 aydan 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - Çrzanov rayon polis idarəsinin mətbuat katibi bildirib.

Bizimlə əlaqə saxlayın