27 
Okt
2023
11:36
812

Mixeil Saakaşvilinin təşəbbüsü ilə həkimlər bölgələrə səfər edərək əhaliyə tibbi yardım göstərəcəklər

Mixeil Saakaşvilinin təşəbbüsü ilə çoxlu həkimlərin iştirak etdiyi humanitar layihəyə başlanılır.

InterPress.ge xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin nümayəndəsi Sofo Caparidze bildirib. 

Mixeil Saakaşvilinin təşəbbüsü ilə humanitar layihəyə start verilir, bu layihəyə cəlb olunmuş həkimlər Gürcüstanın bütün regionlarına səfər edəcək və əhaliyə tibbi yardım göstərəcəklər.

Məlumata görə, bölgələrə səfərlərə 4 noyabrda başlanılacaq, ancaq dəqiq olaraq hardan başlanılacağı hələlik məlum deyil.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər