İsrail Müdafiə Qüvvələri ötən gecə Qəzzanın şimal hissəsində tanklardan istifadə edərək "məqsədli basqın" həyata keçirib.
InterPress.ge xəbər verir ki, bu barədə BBC yazıb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, bu əməliyyat döyüşün növbəti mərhələsinə hazırlıqların bir hissəsidir.
“Gecə İsrail Müdafiə Qüvvələri döyüşün növbəti mərhələsinə hazırlıq çərçivəsində Qəzza zolağının şimal hissəsində tanklardan istifadə etməklə hədəfə alınmış reyd keçirib”, – deyə bildirilib.
