Bolnisi Bələdiyyəsi Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının nümayəndə heyətini qəbul edib
Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının nümayəndə heyəti Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatının təşkilatçılığı ilə Bolnisi Bələdiyyəsinə səfər edib.
InterPress.ge xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Bolnisi 1 saylı ictimai məktəbində, Bolnisi muzeyində olub, daha sonra gürcü-alman şərab evində Bolnisi şərabçılarının istehsal etdiyi şərabın dadına baxıb,həmçinin Kvemo Bolnisidə yaşayan azərbaycanlı xalçaçının əsərləri ilə tanış olublar.
“Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Bolnisi muzeyində Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, dövlət nazirinin barışıq və vətəndaş bərabərliyi üzrə birinci müavini Lia Qiqauri, Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili , Bolnisi bələdiyyəsi, şəhər şurasının sədri Tamaz Joryolyan, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Kartli üzrə dövlət komissarının müavini Kaxa Koberidze və Bolnisi bələdiyyəsinin mer müavini Lonqinoz Həsənovla görüşüblər.
Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının nümayəndə heyətinin səfərinin məqsədi Gürcüstanda yaşayan etnik azlıqlara münasibətdə mövcud vəziyyətlə tanış olmaq olub”, - deyə məlumatda deyilir.


