25 
Okt
2023
11:35
457

Elektrik cihazları ilə qanunsuz balıq ovuna dair 5 fakt aşkar edildi

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları tərəfindən elektrik cihazları ilə qanunsuz balıq ovuna dair 5 fakt aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Məlumata görə, Kvemo Kartli, Samtsxe-Cavaxeti, İmereti və Şida Kartlidə qanun pozuntuları aşkar edilib.

“Marneuli bələdiyyəsinin Təkəli kəndi yaxınlığında, Debeda çayının yatağında vətəndaşlar elektrik cihazları və torlardan istifadə etməklə qanunsuz olaraq balıq ovlayıblar.  Cinayətkarlar 1 kiloqrama qədər müxtəlif növ balıq əldə ediblər.

Axaltçixe bələdiyyəsinin Acğuri kəndi yaxınlığında, Mtkvari çayında vətəndaş qadağan olunmuş balıq ovu vasitəsi - elektrik cərəyanı istifadə etməklə qanunsuz olaraq 7280 kq müxtəlif növ balıq tutub.

Vani bələdiyyəsinin Amağleba kəndində vətəndaş Rioni çayında elektrik cərəyanı cihazı ilə balıq tutub.

Kareli bələdiyyəsinin Axalsopeli kəndi və Xaşuri bələdiyyəsinin Qomi kəndi yaxınlığında, Mtkvari çayının yatağında vətəndaşlar hava ilə doldurulan qayıqlardan balıq tutarkən elektrik cihazlarından da istifadə ediblər.

Qanunsuz ovlanan balıqlar, həmçinin qayıqlar və qadağan olunmuş balıq ovu vasitələri möhürlənib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində müvafiq sənədləşmələr aparılıb”, - məlumatda bildirilir.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər