Pentaqon son bir həftə ərzində ABŞ və koalisiya qüvvələrinə qarşı hücumların sayını açıqlayıb.
InterPress.ge-nin məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Oktyabrın 17-dən 24-dək ABŞ və koalisiya qüvvələri İraqda 10, Suriyada isə 3 dəfə hücuma məruz qalıb”, - Rayder qeyd edib.
Hücumlar zamanı yaralanan şəxslərin sayı açıqlanmır.
