24 
Okt
2023
20:05
1031

Ağır yol qəzası bir ailənin iki üzvünün ölümünə səbəb oldu

Axmetada baş verən yol qəzasında iki nəfər ölüb.
 

InterPress.ge xəbər verir, qəza bir az əvvəl Axmeta və Alvani birləşdirən yolda baş verib.

Məlumata görə, sürətlə hərəkət edən bir ailənin 6 üzvünün əyləşdiyi “Land Rover” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə  sürücüsünün avtomobildə olan həyat yoldaşı və bacısı yerindəcə keçiniblər, azyaşlılar isə yaralanıb.

Onlar  təcili şəkildə xəstəxanaya çatdırılıb. 

Hadisə yerinə xilasedicilər və polis səfərbər edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər