24 
Okt
2023
13:26
713

14 yaşlı Aytac Şahmanovanın qəsdən öldürülməsi işi üzrə təqsirləndirilən şəxslərin dairəsinin artacağı istisna edilmir

14 yaşlı Aytac Şahmanovanın qəsdən öldürülməsi işi üzrə təqsirləndirilən şəxslərin dairəsinin artacağı istisna edilmir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru İrakli Şotadze məlumat verib.

Onun görə, hər bir təqsirləndirilən şəxsə qarşı prokurorluğun yanaşması “çox sərt olacaq”.

“Əvvəla, belə bir cinayətin baş verməsi ölkəmiz üçün böyük faciədir. Camaat gördü ki, cavabımız çox sərt oldu. Qanunsuz azadlıqdan mərhum etməkdə və digər əməllərdə, o cümlədən qətldə iştirak edən bütün şəxslər, həmçinin mərhumun anası və dayısı məsuliyyətə cəlb edilib. Hazırda onlar təqsirləndirilən şəxs qismində həbsdədirlər. Bizim hər bir təqsirləndirilən şəxsə münasibətimiz çox sərt olacaq. Həmçinin, oxşar vəziyyətə düşən bütün zərərçəkmişlərə bildirmək istəyirəm ki, prokurorluq onların tərəfindədir. İstənilən vaxt bizimlə əlaqə saxlaya bilərlər və biz ən qısa zamanda cavab verəcəyik. Faktla bağlı araşdırmalar davam etdirilir. Təbii ki, təqsirləndirilənlərin sayının artacağını istisna edə bilmərəm”, - deyə İrakli Şotadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər