Yekaterinburqdan Gürcüstana birbaşa uçuşlar bərpa olunur
Yekaterinburqdan Gürcüstana birbaşa uçuşlar uzun fasilədən sonra gələn həftə bərpa olunacaq.
InterPress.ge Ekhokavkaza-ya istinadən xəbər verir ki, bu barədə Ural Turizm Assosiasiyasının prezidenti Mixail Maltsev mətbuat konfransında bildirib.
“Gürcüstanla hava hərəkəti bərpa olunacaq. Yenilənmiş proqrama əsasən, ilk uçuş Kutaisi istiqamətində həyata keçiriləcək. Tbilisiyə birbaşa reys də olacaq”, - deyə Maltsev bildirib.
Yekaterinburqun Koltsovo hava limanının cədvəlinə əsasən, uçuşlar Red Wings Hava Yolları tərəfindən həyata keçiriləcək. O, oktyabrın 31-dən etibarən hər çərşənbə axşamı və bazar günləri Kutaisiyə, noyabrın 2-dən isə hər cümə axşamı və bazar günləri Tbilisiyə uçacaq.
Məlumat üçün bildirək ki, Yekaterinburqdan Gürcüstana müntəzəm uçuşlar 2019-cu ilin iyul ayında dayandırılıb.


