Vəzifəsindən sui-istifadə etməklə külli miqdarda pulu mənimsəyən şəxs tutuldu
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri istintaq tədbirləri nəticəsində vəzifəsindən sui-istifadə etməklə səhmdar cəmiyyətə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi faktı aşkar edilib.
InterPress.ge xəbər verir ki, faktla bağlı bir nəfər məsuliyyətə cəlb edilib.
“İstintaq müəyyən edib ki, səhmdar cəmiyyətlərin birində maliyyə-inzibati şöbəsinin müdiri vəzifəsində çalışan və şirkətin bank hesablarını idarə etmək hüququ həvalə edilmiş şəxs şirkətə məxsus təxminən 1 milyon 630 min larini qanunsuz olaraq mənimsəyib.
Bu hərəkət Gürcüstan Cinayət Məcəlləsinin cəza kimi 7 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 182-ci maddəsinin ikinci və üçüncü hissələri ilə nəzərdə tutulub”, - İstintaq Xidmətinin bəyanatında deyilir.


