"Bizim məqsədimiz HƏMAS-ı məhv etməkdir"
InterPress.ge xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç Knessetin dini sionist fraksiyasının iclasında bildirib.
“Bizim bir məqsədimiz var və o da qələbədir. “Həmas” və digər terror təşkilatlarının məhv edilməsidir”, -deyə Smotriç bildirib.
Smotriç İsrail iqtisadiyyatından da danışıb və qeyd edib ki, müharibəyə baxmayaraq, İsrail iqtisadiyyatı mümkün qədər işləməyə davam etməlidir.
“Büdcədəki prioritetlər müharibə fonunda dəyişir”, - deyə İsrailin maliyyə naziri əlavə edib.
